Suriya xalqı Yəmənə həmrəylik aksiyası keçirdi

Ədalət və İnkişaf Üçün Gənclik Partiyası Dəməşqdə Səudiyyə Ərəbistan səfirliyi qarşısında keçirdiyi aksiyada Yəmən xalqı ilə həmrəy olduğunu və Səudiyyə Ərəbistanı rejiminin Yəmənin daxili işlərinə müdaxiləsini qəti şəkildə rədd etdiyini səsləndirib.
 
Maide.az xəbər verir ki, partiyanın baş katibi Bervin İbrahim jurnalistlərə açıqlamasında Suriyada, Yəməndə və bütün ölkələrdə daxili məsələlərin siyasi dialoq yolu ilə həll edilməsinin vacibliyinə diqqət çəkib. O, Suriya və Yəmən xalqlarının taleyinin bir olduğunu və Suriya xalqının Yəmənliləri öz müqəddəratlarını təyinetmə hüquqlarını dəstəklədiyini vurğulayıb.

Google+ WhatsApp ok.ru