Yəmən ordusunun rəhbərliyinə 3 Husi zabiti təyin edilib 14 Yanvar 2015 02:00 Dünya Yəmən prezidenti Əbdurrabbih Mənsur Hadinin xüsusi qüvvələrin komandanlığına Husilərə mənsub üç zabiti təyin etdiyi bildirilir. Maide.az xəbər verir ki, prezident Hadi tərəfindən xüsusi qüvvələrin komandanlığına təyin olunan general Əbdurrazzak əl-Mərvanini Husilərin siyasi qanadı olan Ənsarullaha yaxın məşhur bir Zeydidir. Ənsarullahın 21 Sentyabr inqilabından sonra paytaxt Sənadakı nüfuzunu getdikcə artırdığına diqqət çəkən FrancePress agentliyi prezidentin dünən gecə də polkovnik Nasir Əl-Şavtabi adlı Zeydini Xüsusi Qüvvələr Əməliyyat İdarəsinin başçılığına təyin etdiyi yazır. Həmçinin Yəyha Karkarın da xüsusi qüvvələrin şura sədrliyinə təyin olunduğu bildirilir. Bu yüksək səviyyəli vəzifələrdə əvvəllər İslah Partiyasına və prezident Hadiyə yaxın şəxslər olub. Müsəlman Qardaşların Yəmən qolu kimi tanınan İslah Partiyası Husilərlə olan düşmənçiliyi və münaqişələri ilə tanınır. Teqlər : #Yəmən ordusunun rəhbərliyinə 3 Husi zabiti təyin edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Dini təhqir edən nəşrlərin azadlığı dəstəklənə bilməz` Pakistandakı hərbi məktəbdəki qırğınıla bağlı 5 nəfər həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO