Yəmən paytaxtında 3 bomba partlayıb 08 Dekabr 2014 02:00 Hadisə Yəmən paytaxtı Səna şəhərinin təhlükəsizliyi üzrə baş müdiri Əbdül-Rəzzaq Müəyid deyib ki, Səna şəhərində xalq komitələrinə qarşı terrorçu partlayışlar törədilib. Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Əbdül-Rəzzaq Müəyid deyib ki, bu gün Sənanın Şəub məntəqəsində Ənsarullah qüvvələrinin nəzarətində olan xalq komitələri və vətəndaşların evləri hədəfə alınaraq 3 partlayış baş verib və bir neçə nəfər yaralanıb. Həmin məlumata əsasən, 3 bombanın partlaması ilə Yəmənin təhlükəsizlik qüvvələri daha iki bombanı zərərsizləşdirib./ Teqlər : #Yəmən paytaxtında 3 bomba partlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 70 nəfər Efiopiya vətəndaşı Yəmən sahillərində boğulub Həbsxanada qiyam