Xorvatiyada ilk dəfə qadın prezident seçildi

O, rəqibini 21 min səs üstələyib

Xorvatiyada prezident seçkisində rəsmi olmayan nəticələrə görə, Kitaroviç Xorvatiyanın ilk qadın prezidenti oldu. Maide.az-ın xəbərinə görə, Dövlət Seçki Komissiyasından bildiriblər ki, rəsmi olmayan ilkin nəticələrdə prezident seçkisinin ikinci turunda səslərin 99,51 fainin sayımı başa çatıb.
 
Xorvat Demokratik Birliyinin (HDZ) qadın namizədi Banderol Grabar Kitaroviçin 50,43 faiz, Sosial Demokrat Partiyanın (SDP) namizədi, hazırkı prezidenti İvo Yosipoviçin 49,57 faiz səs topladığı bildirilir.
 
Rəsmi olmayan ilkin nəticələrə görə, Banderol Grabar Kitaroviç Xorvatiyanın ilk qadın prezident seçilib.
 
İki namizəd arasında səs fərqinin təxminən 21 min olduğu bildirilir.
 
Evli və iki uşaq anası olan Kitaroviç İngilis, İspan və Portuqal dilini yüksək səviyyədə bilir.

Google+ WhatsApp ok.ru