`Xəstəxanaya hücum hərbi cinayətdir` 04 Oktyabr 2015 01:00 Dünya BMT Əfqanıstanın Kunduz şəhərində Sərhədsiz Həkimlər təşkilatının xəstəxanasına hava hücumunu pisləyib. Hücum nəticəsində 12-si heyət üzvü, 4-ü böyük, 3-ü isə uşaq olmaqla, 19 nəfər həlak olub. BMT nümayəndəsi Zeid Ra’ad Al Hussein deyib ki, "əgər hücumun qəsdən edildiyi məhkəmədə təsdiq olunsa, bu akt müharibə cinayətinə bərabər tutula bilər”. Sərhədsiz Həkimlər hava zərbəsindən azı 37 nəfərin ciddi xəsarət aldığını, xəstəxananın isə qismən dağıldığını bildirib. ABŞ prezidenti Barak Obama oktyabrın 3-də hücumla bağlı başsağlığı verib. / Teqlər : #`Xəstəxanaya hücum hərbi cinayətdir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikada orta hesabla hər gün 36 qətl törədilir Qırğızıstanda seçkidir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO