Vəhhabilər şəhid əsgərlərimizi `LEŞ` adlandırırlar (FOTO) 05 Avqust 2014 01:00 Münasibət Hacı Şahin Həsənli vəhhabilərin iddialarına cavab verdi Son zamanlar cəmiyyətimizdə vəhhabilər və onlarla həmfikir insanlar tərəfindən torpaqlarımız uğrunda vuruşan və şəhid olan əsgərlərimizə təhqirlər davam edir. Onlar şəhidlərimizə "leş" və digər qeyri-etik sözlər deyərək, namaz qılmadıqları üçün əsgərlərimizin şəhid olmadığını söyləyirlər. Maide.az-ın məlumatına görə, yaranmış məsələ ilə əlaqədar tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli XeberLent.az-a belə deyib: “İnsanın Allaha olan mərifəti və imanının müxtəlif dərəcələri ola bilər. Kimin imanı hara qədərdir, qəlbində nə var, niyyəti necədir, bunu qəlblərdən agah olan Allah bilir. Bizim vəzifəmiz budur ki, haqq savaşımızda canlarını fəda edənləri dəyərləndirək və onların izzətini qoruyaq. Unutmamalıyıq ki, biz müharibədə haqq tərəfik və haqq bizimlədir. İnsan haqq savaşında canını veribsə, biz onu əziz tutmalıyıq, bizim üçün o şəhiddir. Çünki o, Haqqı öz qanı ilə təsdiqləyib. Bizim bu gün nəyimiz varsa, əziz şəhidlərimizn fədakarlığı və qanları sayəsindədir”. Qeyd edək ki, bəzi saytlar guya vəhhabi əqidəsinə malik şəxslərin cəbhə bölgəsinə gedərək, ermənilərə qarşı döyüşmək istədiyi təbliğatını aparırlar. Maraqlıdır ki, şəhid əsgərlərimizə, müsəlman qardaşlarına "leş" deyən, yaşadığı ölkəni tağut, "darul-küfr" adlandıran şəxslər belə addımı necə ata bilərlər? Yəqin bütün bu cür addımlar İŞİD terrorçularının Azərbaycandakı havadarlarını cəmiyyətin gözündə müsbət qələmə vermək niyyətinin məhsuludur. Teqlər : #Vəhhabilər şəhid əsgərlərimizi `LEŞ` adlandırırlar (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hərbi ekspert: `Komandanlıq taktiki səhvə yol verdi` Benzin yenidən bahalaşacaqmı? - AKTUAL