Uzunmüddətli müharibəyə hazırlaşırlar...

Həmasın yüksək çinli komandirlərindən olan Əbu Leys "Times" qəzetinə verdiyi açıqlamada müzakirələrin mənfi nəticələnməsi vəziyyətində İsrail ilə uzunmüddətli müharibəyə hazır olduqlarını söyləyib. Həmas komandiri İsrailin digər şəhərlərinin də raketlərinin əhatə dairəsində olduğunu deyərək, həmin şəhərlərə hələ bir dənə də bomba atılmadığını vurğulayıb.
 
Maide.az-ın sözlərinə görə, Əbu Leys sözlərinin davamında bu mövzulara toxunub: "Kifayət qədər sursat və raketə sahibik. Hazırda əlimizdəki silahların sadəcə 10 faizini istifadə etdik. Bu müharibə İsrail ilə etdiyimiz ən şiddətli döyüş ola bilər. Strateji planlar hazırlamışıq. İsrailə atılan raketlərin çoxu yerin altından göndərildiyi üçün bizim yerimizi təyin edə bilmirlər, edə də bilməzlər."

Google+ WhatsApp ok.ru