Uşaqları cizgi filmindən qoruyun 08 Yanvar 2015 02:00 Mədəniyyət Alimlər xəbərdarlıq edirlər ki, uşaq cizgi filmləri zorakılıq səhnələri ilə doludur London Universitetinin alimlərinin apardıqları araşdırma göstərib ki, uşaq cizgi filmləri heç də məsum deyil. Bu cür cizgi filmlərin qəhrəmanları böyüklər üçün nəzərdə tutulan filmlərlə müqayisədə daha çox ölürlər. Araşdırmaya 1937-ci ildən (Ağca xanım) 2013-cü ilə qədər (Soyuq ürəklər) çəkilən cizgi filmlərini daxil ediblər. Cizgi filmlərindəki zorakılıq səviyyəsi araşdırılıb. Məlum olub ki, bu filmlərin qəhrəmanları əksər hallarda ölür. Bundan başqa, baş qəhrəmanların valideyinləri də tez-tez ölürlər. Misal üçün, "Nemonun axtarışında" cizgi filminin 4-cü dəqiqəsində yırtıcı balıqlar Nemonun anasını yeyirlər. Tarzan cizgi filminin isə 4-cü dəqiqəsində Tarzanın valideyinləri leopardı öldürürlər. Alimlər valideyinləri uşaqlar üçün cizgi filmi seçimi edərkən diqqətli olmağa çağırırlar. Teqlər : #Uşaqları cizgi filmindən qoruyun, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda İmam Rza (ə) şəhadəti münasibəti ilə film nümayiş olunacaq “Qanlı yanvar” bədii filmi təqdim olunacaq
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək