`Fənərbaxça` Türkiyə kubokunda kənarda qaldı - VİDEO

`Fənərbaxça` Türkiyə kubokunda kənarda qaldı - VİDEO

İlk görüşdən 2:2 hesablı bərabərliklə ayrılan komandaların oyunu bu dəfə də gərginliklə yadda qalıb. “Başakşəhər” iki dəfə hesabda önə keçsə də, sona qədər üstünlüyünü qoruya bilməyib. 90 dəqiqəsi ilk oyunda olduğu kimi 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində də hesab dəyişməyib.
 
Qalibi və finalçını müəyyən etmək üçün penalti vuruşlarına ehtiyac yaranıb. Maraqlıdı ki, “lotoreya” da gərgin keçib. Qarşılıqlı zərbələri dəqiq yerinə yetirən komandalar 13-cü vuruşa kimi davam ediblər. Yekunda yanlışlığa daha çox yol verən “Fənərbaxça” olub. “Başakşəhər” 10:9 hesabı ilə qalib gələrək finala yüksəlib.
 
Qeyd edək ki, ilk finalçı “Konyaspor” olmuşdu.(faktxeber)
 

Google+ WhatsApp ok.ru