Türyançay Qoruğunda yanğın baş verib 08 İyul 2014 01:00 Hadisə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, hadisə iyulun 7-də saat 17:00 radələrində qeydə alınıb. Yanğının qarşısının alınması üçün dərhal ETSN-in yerli qurumlarının, FHN-in Ağdaş və Qəbələ Yanğından Mühafizə hissələrinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20:00 radələrində tam olaraq söndürülüb. İlkin ehtimala görə, yanğının ildırım nəticəsində baş verdiyi güman edilir. Yanğın nəticəsində qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır. Teqlər : #Türyançay Qoruğunda yanğın baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəlilabad polisi ayağa qalxdı Bakıda 55 yaşlı kişi bədəninə daş bağlayaraq özünü dənizə atıb