Türkmənlər vahid ordu qurur

Suriyada İŞİD terrorçularına qarşı döyüşən türkmən qüvvələri vahid ordu tərkibində birləşmək niyyətindədir.
Maide.az xəbər verir ki, Suriyada türkmənlərin yaşadığı bəzi kəndləri nəzarətdə saxlayan İŞİD terrorçu qruplaşması Əs Salam sərhəd məntəqəsinə doğru irəliləyişini davam etdirmək istəyir.
İŞİD-in irəliləyişinin qarşısını almaq istəyən Fatih Sultan Mehmet, Sultan Murad, Süleyman Şah və İsmayıl Şah adlı türkmən tuqay birlikləri vahid ordu şəklində birləşmək qərarı alıblar.
Lazkiyə, Raqqa və Humusdan gələn türkmənlərin də iştirak etdiyi birlik toplantısında tuqayların bir komandir tərəfindən idarə ediləcəyi bildirilib.
Türkmən komandirlərdən Əbu Məhəmməd Şıxlı deyib ki, bütün cəbhələrdə nəzarəti İŞİD-dən geri almaq üçün çalışacaqlar./

Google+ WhatsApp ok.ru