Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

Bu gün səhər saatlarında Türkiyənin Kuşadası bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib.
 
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ İzmir bölgəsində də hiss edilib.
 
İstanbul Kandilli Zəlzələ Araşdırma İnstitutunun məlumatlara görə, Ege dənizində qeydə alınan zəlzələ 7 metr dərinlikdə olub.
 
Zəlzələ nəticəsində xəsarət alanlar yoxdur.
 
Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6.6 bal gücündə baş verən zəlzələdə 115 nəfərin ölümünə səbəb olub.
 

Google+ WhatsApp ok.ru