Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb

Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb

Türkiyənin Van bölgəsində göyərtəsində qaçqınlar olan qayığın batması nəticəsində 60-a yaxın insan itkin düşüb. 
 
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
 
Onun sözləriə görə, qayıqda təxminən 55-60 qaçaq miqrant olub. Qayıq Van gölündə qəzaya uğrayıb. Nazir bildirib ki, 6 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.
 
S.Soylu deyib ki, hadisə ilə əlqədar 11 nəfər tutulub. /Report
 

Google+ WhatsApp ok.ru