Türkiyə ordu hissələri Suriyaya girir

Türkiyə ordu hissələri Suriyaya girir

Türkiyə Suriyanın sərhəd Carabulus şəhərini İslam Dövləti (İŞİD) yaraqlılarından təmizləməyə başlayıb.

Avqustun 24-də səhər tezdən Türkiyə artilleriyası Carabulusa zərbələr endirməyə başlayıb.

Daha sonra Türkiyə bombardmançıları şəhərdəki İŞİD hədəflərini vurmağa başlayıb.

Hələlik əməliyyatda Türkiyə, yaxud Türkiyənin dəstəklədiyi Suriya müxalifət qruplarının iştirak etdiyi bəlli deyil.

Bir gün öncə Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, Suriyayla sərhəd ərazilər İŞİD qruplaşmasından “tamamilə təmizlənməlidir”.

Avqustun 20-də isə Qaziantep şəhərində toy məclisində intiharçı partlayışı törədilib, 53 nəfər ölüb, onlarla adam yaralanıb.

Hökumət həmin hücuma görə məsuliyyəti İŞİD terror qrupunun daşıdığını bildirir. (azadliq.org)

Google+ WhatsApp ok.ru