Türkiyə Silahlı Qüvvələrinin 1-ci ordusu Ərdoğan hakimiyyətini dəstəklədi 16 İyul 2016 01:00 Dünya Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə bağlı yaranmış vəziyyət maraqlı istiqamət almağa başlayıb. Belə ki, saatlar ötdükcə hökumətin dəstəyi artmağa başlayıb. Musavat.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bir müddət öncə Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordu komandanı, ordu generalı Ümit Dündar ölkədə baş verənlərlə bağlı açıqlama verib. Ordu generalı Ümit Dündar vurğulayıb ki, İstanbul və Ankarada narahatedici bir durum mövcud deyil. General istanbul valisi ilə birlikdə İstanbulun nəzarət altına alınması üçün çalışdıqlarını bildirib. Ordu generalı Ümit Dündar onu da qeyd edib ki, hərbi çevrilişə cəhd göstərənlər ordu içərisində yalnız kiçik bir qrupdur: "Bu çevriliş çəhdinə qatılmayan digər hərbçilərlə birlikdə gərəkli tədbirləri həyata keçiririk". Teqlər : #Türkiyə Silahlı Qüvvələrinin 1ci ordusu Ərdoğan hakimiyyətini dəstəklədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ, Rusiya və İrandan Türkiyədəki hadisələrə reaksiya Türkiyədə vəziyyət gərgin olaraq qalır,17 polis həyatını itirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO