Türkiyədə növbəti terror hücumu: Polis idarəsinə basqın - VİDEO

Maide.az-ın "Hurriyet"ə istinadən verdiyi məlumata görə, bu gün İstanbulda polis bölməsinə silahlı basqın olub. Bayrampaşa istiqamətində olan Çevik Qüvvələr Şöbə Müdürlüyünə basqın zamanı odlu silah və əl bombalarından istifadə edilib. Polislər cavab atəşi açıblar. Bundan sonra hücum edənlər hadisə yerindən qaçıblar. Hücum zamanı bir polis işçisinin də yaralandığı deyilir. 
 
Hücum anı təhlükəsilik kameralarına anbaan həkk edilib. Videodan da görünür ki, polis avtobusu binadan aralanan ərəfədə qadınlardan biri silahla atəş açmağa başlayır. Daha sonra isə əl bombası atırlar. Cavab atəşindən sonra isə qaçırlar.
 
Təslim olmaqdan imtina edən terrorçuları yaxalamaq üçün polis əməliyyata başlayıb. Son məlumata görə, onlardan birini artıq binadan çıxarmaq mümkün olub.
 
Xatırladaq ki, İstanbulda yanvarın 12-də Türkiyənin İstanbul şəhərindəki tarixi “Sultan Əhməd” meydanında terror hadisəsi törədilib. Hadisə nəticəsində 1 turist ölmüş, 15 nəfər yaralanmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verən hadisə ilə bağlı açıqlama vermiş, partlayışı Suriya əsilli kamikadzenin törətdiyini demişdi. 

Google+ WhatsApp ok.ru