Türkiyə hökuməti mədəndə baş vermiş faciə ilə əlaqədar Respublika Günü ilə bağlı qəbulu təxirə salıb 29 Oktyabr 2014 02:00 Dünya Türkiyə hökuməti ölkənin Ermenek şəhərindəki kömür mədənində baş vermiş qəza ilə əlaqədar olaraq Respublika Günü münasibətilə rəsmi qəbulun keçirilməsini təxirə salıb. Bu barədə Trend “TRT Haber”ə istinadən xəbər verir. Prezident Rəcəb Tayyip Ərdoğan bu gün qəza baş verən şəhərə gedəcəyini bildirib. Mədəndə dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalmış 18 mədən işçisinin su basmamış bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Su basmış mədəndə suyun hündürlüyü 50 metrə çatır. Suyun mədəndən kənara vurulması iki günə yaxın davam edə bilər. Mədənə dalğıcların göndərilməsi planlaşdırılır. / Teqlər : #Türkiyə hökuməti mədəndə baş vermiş faciə ilə əlaqədar Respublika Günü ilə bağlı qəbulu təxirə salıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bişkekdə ` İslam dünyasının kinosu ` adlı festivalı keçirilir Dünya əhalisi 11 milyard olacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO