Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu olacaq

Maide.az-ın məlumatına görə, Türkiyənin səlahiyyət müddəti başa çatan prezidenti Abdullah Gül iş adamları, sənətçilər, yazarlar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçləri ilə vida görüşündə önəmli açıqlamalar verib. Abdullah Gül deyib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək. Onun sözlərinə görə, fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. "Onu siyasətə də, dövlət həyatına da mən qazandırmışam", - deyən Abdullah Gül bildirib ki, Əhməd Davudoğlunun uğurlu baş nazir olacağına inanır.

Google+ WhatsApp ok.ru