Trampın müxalifləri həbs edilir -FOTO- VİDEO

Trampın müxalifləri həbs edilir -FOTO- VİDEO

ABŞ polisi bu ölkənin seçilmiş prezidentinə qarşı etiraz aksiyasında iştirak edənlərdən onlarla nəfəri həbs edib.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  ABŞ-ın bir çox şəhərlərində Donald Trampın prezident seçilməsinə etiraz olaraq aksiyalar keçirilir.
 
Kaliforniya ştatının mərkəzi olan Los Ancelesdə aksiya iştirakçılarının polisin dağılış əmrinə tabe olmamasının ardınca 35 nəfər saxlanılıb. 
 
Orqon ştatında, Portlənd şəhər polisi də Tramp ilə müxalif olanlara xəbərdarlıq edərək, piketin qanunsuz olduğunu bildirib. Daha sonra polis bir neçə nəfəri həbs edib. 
 
Polis həmçinin, aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün bibər qazından, rezin güllələrdən və dəyənəkdən istifadə edib. 
 
Polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilən bu etiraz aksiyası zamanı bəzi mağazalar və avtomobillərin şüşələri sındırılıb, ümumi əmlaka  ziyan vurulub. 
 
Oklənd şəhərində də Tramp əleyhinə aksiya keçirilib. 
 
Frans Press-in verdiyi məlumata görə, Amerikada Tramp əleyhinə etiraz aksiyalarının əsas iştirakçılarını qadınlar təşkil edir. 
 
 
 

Google+ WhatsApp ok.ru