Tramp FED-i ABŞ-ın yeganə problem adlandırdı

Tramp FED-i ABŞ-ın yeganə problem adlandırdı

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FED) növbəti dəfə tənqid edib.

Maide.Az İHA-ya istinadən xəbər verir ki, Donald son həftələrdə birjalarda qiymətli kağızların dəyər itirməsinin səbəbkarının FED olduğunu bildirib:

“ABŞ iqtisadiyyatı üçün yeganə problem FED-dir. Bu qurumun rəsmilərinin maliyyə bazarına dair duyarlılıqları yoxdur”.

Qeyd edək ki, FED il ərzində 4, Trampın hakimiyyəti müddətində isə 6 dəfə faiz artımı edib. Bir neçə gün öncə uçot dərəcəsi 2,25%-dən 2,50%-ə qaldırılıb.

Google+ WhatsApp ok.ru