Tixanovskaya BMT Təhlükəsizlik Şurasında çıxış edəcək 31 Avqust 2020 16:43 Dünya Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya bu həftə BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək. Bu arada ölkədə avtoritar lider Alyaksandr Lukaşenkanın istefası tələbiylə etirazlar davam edir. Baltik ölkələri səyahət sanksiyası açıqlayacaq Tixanovskayanın komandasının məlumatına görə, o, sentyabrın 4-də videobağlantı vasitəsilə Təhlükəsizlik Şurasında çıxış edəcək. Çıxış qurumun qeyri-daimi üzvü olan Estoniyanın dəvətilə gerçəkləşməlidir. Onun dörd gün sonra AŞPA-da da çıxış edəcəyi gözlənir, sözçüsü avqustun 31-də deyib. Tixanovskaya 9 avqust seçkisində prezidentliyə namizəd olub, tərəfdarları onun seçkini qazandığını deyirlər. Lukaşenka seçkinin qalini elan olunandan sonra Tixanovskaya ölkəni tərk edərək Litvaya gedib. Litva Prezidenti Gitanas Nauseda avqustun 31-də elan edib ki, Baltik qonşuları Latviya və Estoniya ilə birlikdə Lukaşenka daxil Belarusun 30-dək rəsmisinə səyahət sanksiyası tətbiq edəcək. Sanksiya seçki pozuntuları və etirazçılara qarşı zorakılığa görə qoyulur. Avqustun 30-da onminlərlə belaruslu paytaxt Minsk küçələrinə çıxaraq “Siçovul, ad günün mübarək”, “Get” şüarları səsləndiriblər. Onlar Lukaşenkanın qaldığı prezident sarayı qarşısında ona qarşı plakatlar, bir qrupsa qara tabut qaldırıb. 66 yaşını qeyd edən Lukaşenka ötən həftə etirazçıları “siçovullar” adlandırıb. “Belapan” xəbər agentliyi Minskdəki etirazçıların sayının 100 mindən artıq olduğunu yazıb. Müstəqillik Meydanı və digər yerlərdə 140-dək etirazçının saxlandığı xəbər verilir. /azadliq.org / Teqlər : #Tixanovskaya,#BMT,#Təhlükəsizlik,#Şurasında,#çıxış,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail Livan sərhədlərini pozmağa davam edir Aşuradan sonra İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmi yuyuldu - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO