Tehran əyalətində baş verən seldə 11 nəfər həlak olub

Tehranda baş vermiş sel nəticsəində 6 nəfər həlak olub. Bunu bu gün səhər İranın Krizisin İdarəetmə Tşkilatının sədri İsmail Nəccar deyib.
Maide.az xəbər verir ki, İ. Nəccar deyib ki, ötən gecə  baş vermiş sel və daşqınlar nəticsəində ümumilikdə Tehran əyalətində 11 nəfər həlak olub. “Onlardan 6 nəfər Tehranda, 4 nəfər Tuçal  və bir nəfər isə Pakdəştdə şəhərlərində həlak olub”. 
Qeyd edək ki, ötən gecə Tehran əyalətinin cənub-şərqində güclü yağış nəticəsində sel və daşqın baş verib. Hadisə nəticəsində bir çox binaya və avtomobilə ziyan dəyib. Sel  metro stansiyasına da ziyan vurub. /
 
 
 

Google+ WhatsApp ok.ru