Tanınmış mərcəi təqlid Ayətullah Musəvi Ərdəbili vəfat edib

Tanınmış mərcəi təqlid Ayətullah Musəvi Ərdəbili vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbili vəfat edib. 
 
Maide.Az xəbər verir ki, ötən gün səhər infarkt keçirib və Tehranın Lalə xəstəxanasına yerləşdirilən Ayətullah Musəvi Ərdəbili az öncə vəfat edib. 
 
Bu gün İranın Tibb elmləri üzrə Universitetinin rekatoru Seyid Cavad  Mirismaili  Ayətullah Musəvi Ərdəbilinin bazar ertəsi  Tehranın Lalə xəstəxanasında yatırıldığını bildirmiş və demişdi ki, Ayətullah Musəvi Ərdəbili xəstəxanada yerləşdirildikdən sonra vəziyyəti normallaşsa da, daha sonra vəziyyəti ağırlaşıb və komada olub. 
 
Xatırladaq ki, Ali Rəhbər Ayətullah Xamenei bu gün Tehranın Lalə xəstəxanasında yatan mərcəi təqlid Ayətullah Musəvi Ərdəbiliyə baş çəkmişdi. 
Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.
 
Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.
 
İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi Musəvi Ərdəbilinin də rolu olub.
 
İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.
 
İnqilabın ilk illərdində  müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.  
 
Aallah rəhmət eləsin!
 
O, Qum şəhərində Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. 
 
 
 

Google+ WhatsApp ok.ru