'Taliban' atəşkəs üçün Əfqanıstan Prezidentinin istefasını tələb edir 23 İyul 2021 12:40 Dünya “Kabildə razılaşdırılmış yeni hökumət olmayana və hazırkı Prezident Əşrəf Qani getməyənə qədər Əfqanıstanda sülh olmayacaq”. Maide.Az APA-a istinadla xəbərinə görə, bu barədə “Taliban”ın sözçüsü və Əfqanıstan hökuməti ilə dialoqda iştirak edən nümayəndə heyətinin üzvü Suhail Şahin “Associated Press”ə müsahibəsində deyib. O bildirib ki, Kabildə qarşıdurma tərəfləri üçün qəbul edilə bilən razılaşdırılmış hökumət qurulduqda və Ə. Qani hökuməti getdikdə “Taliban” silahı yerə qoyacaq: “Mən aydın şəkildə demək istəyirəm ki, biz hakimiyyətin inhisara alınmasına inanmırıq, çünki Əfqanıstanda keçmişdə hakimiyyəti inhisara almağa çalışan heç bir hökumət uğurlu ola bilmədi. Buna görə də eyni formulu təkrarlamaq istəmirik”. Danışıqları yaxşı başlanğıc adlandıran “Taliban” sözçüsü qeyd edib ki, hökumət barışıq istəmir: “Onlar bizim təslim olmağımızı istəyirlər. Hər hansı atəşkəsdən əvvəl bizim üçün və digər əfqanlar üçün məqbul olan yeni bir hökumət barədə razılaşma olmalıdır. Sonra müharibə olmayacaq”. Teqlər : #'Taliban',#atəşkəs,#üçün,#Əfqanıstan,#Prezidentinin,#istefasını,#tələb,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı israil rejimi Afrika İttifaqına üzv qəbul olunub Tunisdə siyasi böhran dərinləşir -YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO