Təbriz Universitetində Qarabağ konfransına gedəcək şəxslərin adı bəlli oldu -ÖZƏL 03 May 2016 01:00 Münasibət Şuşanın işğal günü ilə əlaqədar Təbriz Universitetində Qarabağ konfransı təşkil olunacaq Təşkil olunacaq konfransda ölkəmizi yüksək vəzifəli şəxslər təmsil edəcək. Bunu Maide.Az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. O deyib ki, may ayının 6-da özü ilə bahəm millət vəkili Tahir Kərimli, eks deputat İlyas İsmayılov, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və bir sıra tanınmışlarla tədbirdə iştirak etmək üçün İranın Təbriz şəhərinə yollanacaqlar. Konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş diskussiyaların olacağaı gözlənilir. Qeyd edək ki, QAT bundan öncə də bir neçə dəfə Təbriz Universteti ilə birgə bir neçə bu cür konfranslarda iştirak etmişdir. / Teqlər : #Təbriz Universitetində Qarabağ konfransına gedəcək şəxslərin adı bəlli oldu ÖZƏL, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Ölkədə işçinin hüququnu müdafiə edəcək həmkarlar təşkilatları yoxdur`- Mirvari Qəhramanlı Azərbaycan mətbuatı bu gün hansı günlərini yaşayır? - Sorğu