İsveç məhkəməsi məktəblərdə hicab azadlığını dəstəklədi 19 Noyabr 2020 09:30 Dünya İsveçin Skona bölgəsindəki Skurup qəsəbəsi bələdiyyəsinin məktəblərə tətbiq etmək istədiyi hicab qadağası məhkəmə tərəfindən ləğv edilib. Maide.Az "deyerler.org-a istinadla xəbər verir ki, Malmö İnzibati Məhkəməsi tərəfindən verilən açıqlamada, Skurup Bələdiyyə Şurasının məktəblərdə hicabı qadağan etmə qərarının ləğv edildiyi qeyd edilib. Açıqlamada qadağanın konstitusiya və din azadlığının müddəalarına zidd olduğu vurğulanıb. Noyabrın 17-si ayrı-seçkilik ombudsmanı (DO) tərəfindən verilən açıqlamada, qadağanın konstitusiyaya zidd olduğu üçün ləğv edilməsi tələb edilmişdi. Skurup Bələdiyyə Şurası keçən ilin dekabrında 13 yaşınadək şagirdlərə hicab qadağası tətbiq etmişdi. Qəsəbədəki Prastamosse Məktəbinin direktoru Mattias Liedholm qadağanı tanımadığını və öz məktəbində tətbiq etməyəcəyini bildirmişdi. Teqlər : #İsveç,#məhkəməsi,#məktəblərdə,#hicab,#azadlığını,#dəstəklədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Berlində etiraz aksiyaları zamanı 365 nəfər saxlanılıb Avstraliya ordusu 39 əfqan mülki şəxsi öldürdüyünü etiraf edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO