Suriyanın hərbi bazasının bombalanması nəticəsində 40 nəfər şəhid olub -FOTO 30 Aprel 2018 01:00 Dünya -- 60 nəfər yaralanıb Suriyada Bəşər Əsədə sadiq hərbçilərin silahlılarının yerləşdiyi hərbi bazanın raket atəşinə tutulması nəticəsində 40 nəfər şəhid olub, 60 nəfər yaralanıb. Maide.Az “Haberler”ə isitinadən xəbər verir ki, aprelin 29-da gecə saatlarında Həma və Hələb yaxınlığında Suriya ordusunun mövqeləri raket atəşinə tutulub. Raket zərbələrinin Həma vilayətində yerləşən Suriya ordusunun 42-ci briqadası ərazisində yerləşən silah anbarına endirildiyi qeyd edilir. Məlumata görə, endirilən raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub. Şəhid olan şəxslərdən 18 nəfərinin İranlı hərbiçi olduğu bildirilir. Raket zərbələrinin işğalçı İsrail rejimi tərəfindən atıldığı bildirilir. Xatırladaq ki, İsrail rejimi mütəmadi olaraq Suriya hava məkanını pozaraq bu ölkəyə zərbələr endirir. Teqlər : #Suriyanın hərbi bazasının bombalanması nəticəsində 40 nəfər şəhid olub FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanda etirazlar davam edir Kabildə partlayışda xarici fotoqraf və jurnalistlər də öldü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO