Suriyadakı əsas işimiz Bəşər Əsədi devirmək deyil - ABŞ

Suriyadakı əsas işimiz Bəşər Əsədi devirmək deyil - ABŞ

Suriya prezidenti Bəşər Əsədin vəzifədən getməsi artıq Vaşinqtonun prioriteti deyil.
 
Bunu ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib.
 
"Bizim prioritetimiz artıq Əsədi aradan götürmək məqsədi deyil".
 
O, ABŞ-ın əvvəlki administrasiyasının etdiyi kimi diqqəti Bəşər Əsəddə cəmləşdirməyəcəklərini əlavə edib.
 
ABŞ Dövlət Departamentinin rəhbəri Reks Trillerson da Türkiyəyə səfəri zamanı Bəşər Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bildirib.
 
Nikki Heylinin bu sözlərinə qarşı Suriya "muxalifəti"nin nümayəndələrindən biri bildirib ki, ABŞ-ın Suriya ilə bağlı fərqli mövqeləri çox təəssüfləndiricidir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru