İsrail rejimi Hizbullah qarşısında geri addım atdı

Hizbullahın dünənki əməliyyatından sonra bu gün açıqlama verən İsrail rejiminin müdafiə naziri Moşe Yaalon Livandakı vəziyyətin daha da dəhşətli hala gəlməsini istəmədiklərini söyləyib.
 
Maide.az-ın məlumatına görə, İsrail ordusunun Səddanə bölgəsindəki Livan ordusuna aid bir təhlükəsizlik mərkəzinə etdiyi və 2 Livan əsgərinin yaralanmasına səbəb olan hücumdan iki gün sonra Hizbullah işğal altında olan Şəbada İsrail ordusuna qarşı əməliyyat keçirib.
 
3 İsrail əsgərinin yaralanmasına səbəb olan əməliyyatla əlaqədar olaraq dünən açıqlama verən sionist rejimin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Şəbadakı təxribatın qarşısını aldığını söyləmişdi.
 
İsrailin işğalı altındakı Şəbada təşkil edilən əməliyyatı boynuna götürən Hizbullah Livan ordusunu və Livana aid təşkilatları hədəf alan heç bir hücuma müşahidəçi qalmayacağını açıqlayıb.
 
İsrailin ordu radiosunun xəbərinə görə Moşe Yaalon 3 İsrail əsgərinin yaralanmasına səbəb olan dünənki əməliyyatla əlaqədar verdiyi açıqlamada, "heç kim Livandakı mövcud vəziyyətin daha da dəhşətli hala gəlməsini istəmir", deyib.

Google+ WhatsApp ok.ru