Sorğu: İranda seçicilərin 66,7 faizi seçkilərdə iştirak edəcək

Sorğu: İranda seçicilərin 66,7 faizi seçkilərdə iştirak edəcək

Sorğuda iştirak edənlərin 16 faizindən çoxu səsvermələrdə iştirak barədə qərar verməyib
 
İranda keçirilmiş rəy sorğusunda iştirak edən respondentlərin 66,7 faizi mayın 19-da keçiriləcək seçkilərdə səs verəcəyini bildirib.
 
"Report"un məlumatına görə, bu barədə "İRNA" agentliyi xüsusi sorğunun nəticələrinə istinadən xəbər verir.
 
Mayın 7-8-də keçirilmiş sorğuda İranın 31 vilayətinin 6 mindən çox sakini iştirak edib. Araşdırmaların nəticələri göstərir ki, respondentlərin 63,4 faizi səs verəcəkləri namizədi müəyyənləşdiriblər. Qalanları isə namizədlərini hələ müəyyənləşdirməyib.
 
Sorğuda iştirak edənlərin 16 faizindən çoxu səsvermələrdə iştirak barədə qərar vermədiklərini bildirib.
 
Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Seçkilərdə 56 milyondan çox insanın səsvermə hüququ var. /

Google+ WhatsApp ok.ru