Son 30 ildə postsovet ölkələrində əhalinin sayı necə dəyişib 24 İyul 2020 12:56 Dünya 1990-cı ildən 2020-ci ilə qədər postsovet ölkələrində, o cümlədən, Azərbaycanda əhalinin artım tempi açıqlanıb. Dünya Bankı və BMT-nin birgə hesabatına görə, göstərilən dövrdə Azərbaycan əhalisi 40%, yaxud 2,9 milyon nəfər artıb. 1990-cı ildən 2020-ci ilə qədər postsovet ölkələrində əhalinin artım tempi Dünya Bankı və BMT-nin birgə hesabatında əksini tapıb. Bu hesabata əsasən Azərbaycan əhalisi göstərilən dövrdə 40%, yaxud 2,9 milyon nəfər artıb. Hazırda Azərbaycan əhalisinin sayı 10 080 000 nəfərdir. Qeyd edək ki, son 30 ildə postsovet məkanında ən çox artım Tacikistanda (76%) qeydə alınıb. Onu Özbəkistan (64%), Türkmənistan (61%) və Qırğızıstan (47%) izləyib. Bu Orta Asiya respublikalarından sonra ən çox artım Azərbaycanda (40%) qeydə alınıb. Nə qədər qəribə görünsə də, sonrakı yerdə Pribaltika respublikalarından Latviya (28%) və Litva (25%) qərarlaşıb. Əhali artımına görə ən pis göstərici Rusiyada (2%) qeydə alınıb. Qonşu Gürcüstan (23%) və Ermənistan (16%) əhali artımına görə 25%-lik həddi aşa bilməyiblər. 1990-cı ildən 2020-ci ilə qədər keçmiş SSRİ respublikalarında əhalinin artım tempi ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz. Teqlər : #Son 30 ildə,#postsovet ölkələrində ,#əhalinin sayı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mustafa Kazimi: ABŞ koalisiyasının rolu İraqın suverenliyinin prinsipinə uyğun müəyyənləşdirilməlidir Belçikada oğlan uşaqlarına ən çox qoyulan adlar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO