Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb 21 Mart 2017 02:00 Dünya Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib. Hadisə nəticəsində azı 10 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Teqlər : #Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Peruda daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb Çində məktəbdə sıxlıq: ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO