SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib 03 Noyabr 2017 02:00 Hadisə -- 2 nəfər qazma köməkçisi iş prosesində xəsarət alıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda istehsalat qəzası baş verib. Hadisə zamanı 2 nəfər qazma köməkçisi iş prosesində xəsarət alıb, ölüm hadisəsi olmayıb. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu gün KİV-də Qaradağ rayonu ərazisində yerləşən “Azneft” İstehsalat Birliyinin buruğunda ölüm hadisəsi ilə nəticələnən faciə ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib. N.Quliyev bildirib ki, yaralılar təcili xəstəxanaya çatdırılıblar: "Onlardan biri artıq ambulator müalicə alır, digərinin müayinəsi davam edir". Xəsarət alanlar qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğludur. Teqlər : #SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Qoca” ləqəbli qaçan məhbus atışmada öldürüldü Azərbaycanda iş adamının məmur oğlu həbs olundu