İslam ölkələrinin beynəlxalq dəniz sərgisi bu gündən başlanır

İslam ölkələrinin Beynəlxalq Dəniz Sərgisi bu gün onlarla xarici və daxili şirkətlər, eləcə də müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə Tehranda başlayır.

Maide.az xəbər verir ki, bu sərgidə təxminən 150 xarici və daxili şirkət, eləcə də İran və dünyanın 12 ölkəsindən müxtəlif daxili və beynəlxalq təşkilat və orqanlar müxtəlif dəniz sektorlarında öz potensial və nailiyyətlərini sərgiləcəyəklər. 

Bu sərgi gəmiçilik, dəniz nəqliyyatı, gəmiqayırma sənayesi, liman xidmətləri, hərbi və müdafiə məsələləri, okeanlarla əlaqədar məlumatlanma, dəniz turizmi, sığorta, dəniz ekologiyası, xüsusi iqtisadi zonalar, balıqçılıq, su canlıları, dəniz xilasetməsi kimi müxtəlif sahələrə və xüsusi təlim kurslarına şamil olur. 

Bu sərgidə bəzi islam ölkələrindən əlavə, Xorvatiya, İsveçrə, Filippin, Belçika, Almaniya, İngiltərə, Cənubi Koreya və Yaponiyadan da nümayəndələr iştirak edirlər. 

I Beynəlxalq İslam Ölkələri Dəniz Sərgisi 9 iyundan Tehranın İmam Xomeyni (rə) müsəllasında işə başlayır.

Google+ WhatsApp ok.ru