İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Rohingiya müsəlmanlarının böhranı ilə bağlı toplanacaq

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Rohingiya müsəlmanlarının böhranı ilə bağlı toplanacaq

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri  Rohingiya müsəlmanlarının böhranını araşdırmaq məqsədilə iclas keçirəcək.
 
Maide.Az xəbər verir ki, bunu Malayziya rəsmilərindən biri jurnalistlərə açıqlayıb. 
 
Adı açıqlanmayan rəsmi deyib ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri gələn həftə Malayzanın paytaxtı Kuala Lumpurda  Rohingiya müsəlmanlarının böhranını araşdırmaq məqsədi ilə toplantı keçirəcək.
 
Onun sözlərinə görə İƏT XİN başçılarının toplantısının yanvar ayının 19-da keçirilməsi nəzərdə tutulur.
 
Məlumata görə, toplantıda İƏT-ə üzv 56 ölkənin XİN başçısının bu iclasda iştirakı gözlənilir.
 
Qeyd edək ki, Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.  
 
 
 
 

Google+ WhatsApp ok.ru