Sionist rejim Qəzzada BMT-nin bir neçə işçisini öldürdü

 

Qəzzanın Beit Hanoun bölgəsində sığınacaq kimi istifadə olunan BMT-nin idarə etdiyi Anrva adlı məktəb işğalçı rejimin hərbi təyyarələrinin atəşinə tutulub və bombalanma  nəticəsində azı 15 nəfər şəhid olub, 200-dən artıq fələstinli xəsarət alıb.

Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına əsasən,  ölənlər arasında BMT-nin işçilərindən də bir neçəsi var.

Məlumata əsasən, məktəbdə yüzlərlə fələstinli olub. 

BMT-nin baş katibi Pan Gi Mun sionist rejimin bu məktəbə etdiyi hücumu pisləyib və elan edib ki, bu hücum onu dikindirib. Hazırda İraqın Ərbil şəhərində olan Pan Gi Mun  deyib ki, Anrva məktəbində çalışan BMT-nin işçiləri İsrail təyyarələri tərəfindən öldürülüb.  Pan Gi Mun bu hadisəni kəskin tənqid etməklə kifayətlənib.

Bu, artıq dördüncü dəfədir ki, BMT-nin idarə etdiyi bina işğalçı İsrailin hücumu nəticəsində atəşə tutulub. Iki həftən artıqdır davam edən döyüşlər nəticəsində 725-dən çox fələstinli şəhid olub.

Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, həmin məktəb çox sayda uşaq və qadınlar olub.

Hazırda 118 min fələstinli BMT-nin qaçqın düşərgələrinə sığınıb. Onların ərzaq ehtiyatları tükənmək üzrədir və içməli suyun vəziyyəti kritik həddə çatıb.

Beit Hanoundakı fəaliyyət göstərən jurnalistlərin məlumatına görə, Anrva məktəbində qan su yerinə axıb./

 

 

Google+ WhatsApp ok.ru