Sionistlər Nablosda Yusif peyğəmbərin məqbərəsinə basqın ediblər 19 Mart 2015 02:00 Dünya Sionist qəsəbə sakinləri sionist rejim hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilnin şimalında yerləşən Yusif peyğəmbərin (ə) məqbərəsinə basqın ediblər. Maide.az xəbər verir ki, Fələstinin Səma xəbər agentliyi məlumatlı mənbələrə istinadla bildirib ki, sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilndəki Bəlatə düşərgəsində və Nablos şəhərinin şərqində güclü komendant saatı tətbiq edib. Bu məntəqələri tam şəkildə mühasirəyə aldıqdan sonra yüzlərlə sionist qəsəbə sakini Yusif peyğəmbərin (ə) məqbərəsinə daxil olaraq, üzdəniraq öz dini mərasimlərini icra etməyə başlayıb. Fələstinlilərin emosiyalarını qıcıqlandırmaq məqsədi güdən sionistlərin bu hərəkətinin ardınca Yusif Peyğəmbərin (ə) məqbərəsi ətrafında fələstinli gənclərlə sionist rejim hərbçiləri arasında şiddətli toqquşmalar baş verib və sonra bu toqquşmalar Bəlatə düşərgəsinə və ətraf məntəqələrdə davam edib. Teqlər : #Sionistlər Nablosda Yusif peyğəmbərin məqbərəsinə basqın ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan prezidenti Rusiya əleyhinə bəyanat səsləndirib Gürcüstanda mason lojası yaradıldı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO