Sionistlər bir daha həzrəti Yusif (ə) peyğəmbərin türbəsin təhqir etdilər

Fələstin torpaqlarını işğal etmiş yəhudilərin bir qrupu qanunsuz sionist rejimin polis qüvvələrinin tam nəzarəti altında İordan çayının şimal məntəqəsindəki Nablos şəhərinə basqın edərək, həzrəti Yusif (ə) peyğəmbərin türbəsinə daxil olmuş və yəhud kahinlərinin qondarma ayinlərini icra etmişlər.
 
Şahidlərin bildirdiyinə görə, 8 avtobusla dolu qatı yəhudilər qondarma ayini yerinə yetirmək üçün Yusif (ə) peyğəmbərin məzarına daxil olduqdan sonra, sionist rejimin polis qüvvələri radikal yəhudilərin təhlükəsizlikini təmin etmək məqsədi ilə ətraf mənzillərin damına çıxıblar.
 
Buna baxmayaraq, Yusif (ə) peyğəmbərin ziyarətgahı yaxınlığında Fələstinlilər ilə işğalçı rejimin yarımhərbiçi sakinləri arasında qarşıdurma baş verib. Əli silahlı yəhudilərə daş atan Fələstinli cavanlar qondarma İsrail rejiminin hərbiçiləri tərəfindən gözyaşardıcı, zəhərli qazların və səs qumbaralarının atəşinə məruz qalıb.
 
Qeyd edək ki, bu son 3 gün ərzində sionist rejim qüvvələrinin ikinci yürüşüdür.

Google+ WhatsApp ok.ru