Səəd Həriri yenidən baş nazir olmaq istəyir

Səəd Həriri yenidən baş nazir olmaq istəyir

Livanın sabiq baş naziri  Səəd Həriri yenidən baş nazir olmaq üçün namizədliyini irəli sürəcəyini deyib. 
 
Maide.Az "Sky News"a istinadla xəbər verir ki, S.Həriri  namizədliyini  Livanda limanda baş verən partlayışdan sonra ölkə iqtisadiyyatının çökməsinin qarşısını almaq üçün irəli sürdüyünü deyib. 
 
Qeyd edək ki,  Livanda yeni nazirlər kabinetinin təşkil edilməsi missiyası üçün seçilən Mustafa Ədib sentyabr ayında baş nazirlik postundan imtina etdi. Livan parlamenti gələn həftə yeni baş nazirlik postuna namizədlərin səlahiyyətini təsdiqləmək üçün müzakirələrə başlayacaq. 
 

Google+ WhatsApp ok.ru