Səudiyyə Ərəbistanı Türkiyədən gələn malların girişini məhdudlaşdırıb 02 Oktyabr 2020 11:42 Dünya Səudiyyə Ərəbistanın Türkiyədən gələn malların girişinə mane olduğunu söyləyən türk şirkətləri regional güclər arasındakı siyasi gərginliyin ticarətə getdikcə daha çox yayıldığını iddia edir. "APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, məsələ ilə tanış olan Türkiyə rəsmisi bildirib ki, ölkənin bu məsələ üzrə Dünya Ticarət Təşkilatına (WTO) müraciəti istisna edilmir. Türkiyənin "Gulsan Transport" logistik şirkətinin rəhbəri Kemal Gül bildirib ki, COVID-19 pandemiyası Səudiyyə Ərəbistanı üçün Türkiyədən gələn malların girişini məhdudlaşdırmaq üçün bir bəhanə idi. Onun sözlərinə görə, İran və ya İraqla bu cür problemlər yaşanmır və hazırda Səudiyyə Ərəbistanının dəniz nəqliyyatına da mane olacağı gözlənilir. Eyni zamanda, Milli Nəqliyyat Birliyinin İdarə Heyətinin üzvü K. Gül bu məsələ ilə bağlı Türkiyənin digər logistika şirkətlərindən də tez-tez şikayət aldığını deyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu ilin yanvar-avqust aylarında Türkiyədən ümumi dəyəri 1,91 mlrd. ABŞ dolları təşkil edən xalça, tekstil, kimyəvi maddələr, taxıl, mebel, polad və s. məhsullar idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% azdır. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#Türkiyədən,#gələn,#malların,#girişini,#məhdudlaşdırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail kəşfiyyat xidmətinin rəhbəri Bəhreynə səfər edib Haniyə bəhreynli müxaliflərlə görüşdü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO