Səudiyyə Ərəbistanı ağır məğlubiyyətdən sonra geri addım atır - Sülh danışıqları başlaya bilər 01 Oktyabr 2019 11:24 Dünya İki gün öncə 2 min əsgəri Yəməndə hakimiyyətə nəzarət edən husilərin Ənsarullah Hərəkatının döyüşçülərinə əsir düşən Səudiyyə Ərəbistanı geri addım atmağa başlayıb. Maide.Az xəbər verir ki, 2015-ci ildən etibarən koalisiya qüvvələri ilə Yəmənə təcavüz edən S.Ərəbistanı bu ağır məğlubiyyətdən sonra sülh mesajı verib. Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman CBS kanalına verdiyi müsahibədə Yəməndə münaqişənin sülh yolu ilə həll olunmasını istədiyini deyib. O, ölkəsinin müasir silahlara sahib olmasına baxmayaraq müdafiə oluna bilməmələrini ərazilərinin böyük olması ilə əlaqələndirib. Xatırladaq ki, sentyabrın 14-də husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücum etmiş, nəticədə bir neçə milyard dollar ziyan vurulmuşdu. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#ağır,#məğlubiyyətdən,#sonra,#geri,#addım,#atır,#Sülh,#danışıqları,#başlaya,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyada ‘Aşura’ konfransı keçirilib Kəşmirdə 13 min uşaq tutulub - Zülm davam edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO