Səudiyyədə Bin-Salmanın alternativi olaraq Əhməd bin Əbdüləzizin ətrafında toplaşma var – KİV 19 Oktyabr 2018 11:36 Dünya “Səudiyyə mənbələri bildirirlər ki, vəliəhd Məhəmməd bin Salmanla müxalif olanlar hazırda gizli şəkildə onun əmisi olan və Əbdüləzizin hakimiyyətdə olmamış son oğlu şahzadə Əhməd bin Əbdüləziz ətrafında toplaşırlar” Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bu barədə tanınmış amerikalı yazıçı və jurnalist Devid İqnatus Vaşinqton Post-da dərc etdiyi yazısında deyib. Səudiyyə haqda baş verən və davam etməkdə olan zəlzələni nəzərə alaraq, ABŞ kəşfiyyatından Əhməd bin Əbdüləziz haqda da düşünməyi təklif edən yazıçı bildirib ki, hazırda bu ölkədə Əhmədin ətrafında toplaşma cərəyanı baş verməkdədir. Qeyd edək ki, 1942 təvəllüdlü Əhməd Səudiyyə Ərəbistanını təsis edən Əbdüləzizin 31-ci övladıdır. O 2012-ci ildə yalnız bir neçə aylığa daxili işlər naziri olmuşdu. Əhməd iki ay öncə Londona səfəri çərçivəsində rəsmi ər-Riyada qarşı şüar səsləndirən etirazçıların qarşısına çıxmış və onlardan istəmişdi ki, Səud ailəsi ilə Yəmənə hücuma keçən kral Salmanın və vəliəhd Məhəmmədin hesabını bir-birindən ayrı tutsunlar. Teqlər : #Səudiyyədə,#BinSalmanın,#alternativi,#olaraq,#Əhməd,#bin,#Əbdüləzizin,#ətrafında,#toplaşma,#var,#–,#KİV, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2050-ci ilədək dünya əhalisi 2,2 milyard nəfər artacaq Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO