Səud şahzadəsi hava limanında 2 ton narkotiklə saxlanıldı

Maide.az xəbər verir ki, Səud şahzadəsi Abdul Muhsin bin Vəlid bin Abduləziz Livanın paytaxtı Beyrutda saxlanılıb. Buna səbəb şahzadəyə aid təyyarədə axtarış aparılmasıdır. Bildirilir ki, aparılan axtarış nəticəsində onun təyyarəsindən 2 ton narkotik maddə olan "amfetamin" aşkarlanıb. 

Təyyarədə şahzadədən başqa daha 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı olub.

Ələ keçirilən narkotikin 40 bağlamaya yerləşdirilmiş vəziyyətdə olduğu qeyd edilib.

Google+ WhatsApp ok.ru