Səudiyyəli nazir Pakistandan əliboş qayıdıb

Yəmən məsələsi barədə danışmaq və Pakistanı Yəmənə qarşı koalisiyaya qoşulmaq üçün qane etmək məqsədilə İslamabada səfər etmiş Ərəbistanın dini işlər naziri əliboş və Pakistan baş naziri ilə görüşmədən ölkəsinə geri dönüb.
 
Maide.az-ın məlumatına görə, Şeyx Salih bin Ədüləziz İslamabadı tərk etməzdən öncə müxbirlərə deyib: "Ərəbistan hələ də Pakistandan gözləyir ki, Yəmənə qarşı koalisiyaya qoşulsun. Belə bir halda bir çox ölkə və dünya başçıları, o cümlədən Pakistanın baş naziri və bu ölkə parlamenti Yəmən böhranının dinc həlli üçün yəmənli qruplar arasında dialoqa yardımın vacibliyindən danışırlar. Bu səudiyyəli nazir deyib ki, yəmənli qruplar vasitəsilə Yəmən böhranının həlli üzrə səylər və vasitəçiliyin heç bir faydası yoxdur." 
 
Ölkəsinin qırıcılarının müdafiəsiz Yəmən xalqını qanına qəltan etdiyi Şeyx Salih bin Ədüləziz gülünc bir ifadədə deyib ki, Ərəbistan Yəmənlə savaşda deyil, əksinə bu ölkədə haqqın nahaq üzərində qalib gəlməsinin ardıncadır.

Google+ WhatsApp ok.ru