Ərəbistan qırıcılarının Yəmənin əsas strukturlarına hücumları davam edir

Maide.az-ın məlumatına görə, Ərəbistan qırıcı təyyarələri öz hücumlarının davamında Yəmənin əsaslı struktur və binaları, o cümlədən Ədən, əl-Bəyza, Sədə vilayətlərində dəmir zavodu, elektrik stansiyası, texniki təlim mərkəzi, pasport idarəsini bombardman ediblər. 
 
Digər tərəfdən, Ərəbistanın Yəmənə hava hücumlarının davam etməsinə baxmayaraq, bu ölkənin ordu qüvvələri və xalq komitələri Mərib vilayətində əl-Qaidə terrorçuları qarşısında irəliləmələri davam etdirirlər. 
 
Həmçinin ordu və xalq komitələri Sərvah məntəqəsi əhalisinin dəstəyi ilə əl-Qaidə terrorçularını geri oturtmaqla məşğuldurlar. 
Yəmənin şimalında İmran vilayətində də səudiyyəli təcavüzkar təyyarələr Qəflə Üzr aeroportu, Qulə Əcib məntəqəsi və Ridə bölgəsində Beyt əl-Qəhum məntəqəsini hədəfə alıblar. 
 
Sədə vilayətinə hava hücumlarında əl-Həməzat məntəqəsində bir yaşayış binası hədəfə alınıb. Hücum 4 nəfər, o cümlədən iki qadın və bir uşağın yaralanması ilə nəticələnib. 
 
Səudiyyəli təyyarələr Eb vilayətində Həmzə məntəqəsini hədəfə alıblar. Hücum bir neçə nəfərin yaralanması ilə nəticələnib. 
Bomba quraşdırılmış motosikletin hücumu və Yəmənin cənubundakı Ləhic vilayətində terrorçuların pusqusu Yəmən Ənsarullahı Xalq Hərəkatının 16 qüvvəsinin həlak olması ilə nəticələnib. 

Google+ WhatsApp ok.ru