Səudiyyə Ərəbistan Əfqanıstanda 15 000 nəfərlik məscid tikəcək 09 Dekabr 2014 02:00 Mədəniyyət Səudiyyə Ərəbistan Əfqanıstanda 15 000 nəfərlik cümə məscidi və islami mərkəz tikəcək. Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Kabilin mərkəzində tikiləcək kompleksdə Səud kralı Abdulla ben Abduləzizin adını daşıyacaq universitet də tikiləcək. Həmin Universitetdə 5 000 tələbənin təhsil alacağı bildirilir. Məlumata əsasən, tikiləcək məscid 1980-cı ildə Səudiyyə tərəfindən Pakistanın paytaxtı İslamabadda tikilmiş Feysal məscidinin bənzəri olacaq. Məsciddə eyni anda 15 000 müsəlman ibadət edə biləcək. Əfqanıstanın müsəlman alimləri Səudiyyə Ərəbistanının Kabildə böyük İslam mərkəzi tikmək planını yüksək qiymətləndiriblər. Əfqan islam alimi Hidaytula Hidayət bildirib ki, yaradılacaq yeni mərkəzin əsas məqsədi səbr və sülhdən ibarət olan həqiqi islam elmlərini yaymaq olmalıdır. // Teqlər : #Səudiyyə Ərəbistan Əfqanıstanda 15 000 nəfərlik məscid tikəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şekspirin 1 sterlinqə satılan kitabı indi 5.5 milyon dollardır - FOTO İslam Peyğəmbərinin (s) həyatından film çəkən rejissor danışdı (VİDEO)
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək