Sərdar Hacıhəsənli mövlud münasibətilə Azərbaycan xalqını təbrik edib 13 İyul 2014 01:00 Münasibət Bu gün İmam Həsənin (ə) mübarək mövlud günüdür. Tanınmış ilahiyyatçı-alim Sərdar Hacıhəsənli Cenubnews.com İnternet Qəzetinə bayram münasibətilə münasibət bildirib. “Bismillahir Rəhmanir Rəhim Rəhmət ayının 15-ci günü imamət səmasının ikinci parlaq ulduzu, Əli (ə) və Fatimə (s.ə)-ın ailəsinin birinci balası, şiə dünyasının ikinci imamı, Allah Rəsulunun Sibti Əkbəri Həsən (ə) Müctəbanın doğum günüdür. Bu insanın doğumu, viladəti münasibətilə bütün müsəlmanları təbrik edirəm. İmam Həsən (ə) Hicrətin 2-ci ilində, Əmirəl-möminin Əli ibni Əbutalib (ə) ilə iki dünya xanımı Fatimeyi Zəhra (s.ə)-nın izdivacından bir il sonra, Hicrətin üçüncü ilində, Ramazan ayının 15-də dünyaya göz açıb. İmam Həsən (ə) Hicrətin 50-ci ilində, səfər ayının 28-də 47 yaşında şahadətlə dünyasını dəyişib.Allaha and verirəm əzəmətinə o həzrətin şəhadətində hər növ nəqşi olan insanları əzabına düçar eləsin. Bir daha İmam Həsən (ə)-ın mövlud günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Mütəal Allah bu mübarək doğum hörmətinə bizim günahlarımızdan əfvi qələm çəksin.Dünya və axirətdə bizi o həzrətdən ayrı salmasın”. Teqlər : #Sərdar Hacıhəsənli mövlud münasibətilə Azərbaycan xalqını təbrik edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bütün şeylər də nəfsin üstündə qurulub Telekanallarda Ramazan qadağası