Səudiyyə Ərəbistanında şiə əqidəli şəxs ilk dəfə nazir təyin edilib 01 İyul 2014 01:00 Dünya Ərəbistan kralı ölkə tarixində görünməmiş qərar verərək şiə əqidəsində olan bir nəfəri nazir təyin edib. Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı kralı Məlik Abdulla Bin Əbdüləziz, Məhəmməd Bin Feysəl Əbusaqı, Nazirlər Kabinetinin Parlament məsələləri üzrə üzvi və məsləhətçi nazir təyin edib. Bu qərar media və siyasilərin diqqətini özünə cəlb edib. Beləki o ilk şiə əqidəli şəxsdir ki, bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Səudiyyə Ərəbistanında hakim ailə ölkədəki mühüm vəzifələr üçün öz yaxınlarını, tayfa və məzhəblərinə görə vəzifəyə təyin edirlər. Səudiyyə Ərəbistanında şiələr qərar qəbul etmə zamanı həmişə ikinci dərəcəli vətəndaş kimi qəbul edilib. Rəsmi Ər-Riyad İraq hakimiyyətini tayfapərəstlikdə və sünniləri hakim vəzifələrdən kənarda tutmaqda ittiham edirdi. Halbuki sünnilər İraqda parlamentdə və digər məsul vəzifələrdə çalışırlar. Analitiklər hesab edirlər ki, Səudiyyə Ərəbistanı hakimiyyətinin bu qərarı ölkə daxilindəki münaqişəli vəziyyəti bir qədər stabilləşdirmək məqsədi ilə qəbul edilib. Teqlər : #Səudiyyə Ərəbistanında şiə əqidəli şəxs ilk dəfə nazir təyin edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD terrorçuları İraqda 2000 insan qətlə yetirib Terrorçular İmam Həsən Əsgərinin (ə) hərəminə raket hücumları ediblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO