Ruslar Türkiyənin Afrinə hücumunun qarşısını almaq üçün kürdlərə maraqlı təklif veriblər 22 Yanvar 2018 02:00 Dünya -- Afrin bölgəsində olan 3 kürd nümayəndəsi bildirib ki... Afrin bölgəsində olan 3 kürd nümayəndəsi bildirib ki Türkiyənin hücumundan öncə əməliyyatın qarşısını almaq məqsədilə ruslar YPG-ə təkliflər veriblər. Təklifdə gəlib ki Türkiyənin əməliyyatının qarşısını almaq üçün YPG Afrin və ətraf kəndləri Suriya hökumətinin və ordusunun nəzarətinə versin. Bu barədə kürd mənbələri Assosiated Press-ə bildiriblər. Rusiya və ABŞ nümayəndələri ilə tez tez görüşən Suriyanın şimalında kürd bölgələrinin İdarə heyətinin müşavirlərindən biri Badran Syakürdün sözlərinə görə ruslar onlara bölgənin Suriya Ordusuna təhvil verilməsi ilə bağlı təklif veriblər. Kürd telekanallarından biri də belə təklifin olduğunu təsdiqəyib. Deyilir ki ruslar YPG-dən istəyiblər ki nəzarətindəki bölgəni Suriya hökumətinə verməklə Türkiyənin hücumunun qarşısını alsınlar. Suriyanın şimalında kürd bölgələrinin İdarə heyətinin üzvlərindən biri İlham Əhməd də eyni təklifin olduğunu bildirib. Qeyd edək ki, Türkiyə Ordusu və “Azad Suriya Ordusu” iki gündür ki Afrin əməliyyatlarına start verib. Türkiyə Hələb əyalətinin şimalındakı Afrin rayonunu və Fəratın qərbində olan Minbici PYD, YPG və PKK-dan təmizləmək istəyir. (islaminsesi) Teqlər : #Ruslar Türkiyənin Afrinə hücumunun qarşısını almaq üçün kürdlərə maraqlı təklif veriblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya ordusu İdlibdə mühasirəyə düşən terrorçuların məhv edilməsi əməliyyatına başladı - Xəritə Belçikada 3 min nəfər qaçqınlar üçün aksiya keçirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO