Rusiya xarici ölkələrin mülklərini müsadirə edəcək

Putin Rusiyanın ölkədə yerləşən xarici dövlətlərə aid mülkləri müsadirə etməyi nəzərdə tutan qanunu təsdiq edib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinə aid mülkləri müsadirə edən dövlətlərin Rusiyadakı mülklərini müsadirə etməyə imkan verən qanunu təsdiqləyib. Qanunun qəbul edilməsini açıqlayan sənəd Rusiya hökumətinin veb səhifəsində dərc olunub.
 
Maide.az xəbər verir ki, Qanunun hazırlanmasına 2015-ci ilin iyul ayında bəzi Avropa ölkələri məhkəmələrinin keçmiş Yukos şirkəti səhmdarlarının ərizələri ilə bir neçə Rusiya mülkünün müsadirə  edilməsindən sonra başlanılıb. Dövlət Duması bu hərəkətləri qanunsuz elan edərək, Rusiyanın da eyni şəkildə qanun qəbul etməsi təklifini səsləndirmişdi.
 
Keçən il iyul ayında Haaqadakı Mülki Məhkəmə Rusiyanın keçmiş Yukos şirkətinin səhmdarlarına kompensasiya olaraq 50 milyard dollar ödənməsinə qərar vermişdi. Avropa İnsan Haqları Məhkəməsi eyni məsələdə Rusiyanı günahkar bilərək 2 milyard avro cəza vermişdi.
 
Hazırda Belçika və Fransada Yukos səhmdarlarının iddiası ilə bəzi Rusiya şirkətlərinin mülkləri ilə bərabər, Parisdəki Rusiya Prezident Əlaqələr Ofisi, həm də Euronews kanalındakı Rusiya dövlət televiziyasına məxsus 7,5 faiz səhm müsadirə edilib..

Google+ WhatsApp ok.ru